28 Mart 2017 Salı

Aşiq olmaq

Birisinə aşiq olmaq mahnıya aşiq olmağın eynisidir. Eşqi mən bir mahnıya vurulanda keçirilən hisslərlə yaşamışam. Həmişə belə olur axı . Bir mahnı eşidirsən. İlk dəfə hələ sevib - sevmədiyin müəmma. İkinci dəfə elə bir vurulursan. Mən eşqi belə yaşamışam. Hər mahnıya da eyni cür bağlanmışam. Sonra durmadan mahnıya qulaq asırsan. Bir gündə saysız hesabsız. Mahnının bəzi yerlərini daha çox sevirsən.  Eyni yeri dəfələrlə dinləyəndə için titrəyir amma eyni zamanda için qızınır. Aşiq olduğun o insanın çox bəyəndiyin hərəkətini təkrar - təkrar xatırlamağın eynisidi. İçin titrər və eyni zamanda için qızınar. Sonra qarşılıq yoxdu deyə ondan ümidin kəsilər. Bir mahnı da sənə qarşılıq verməz. Mahnıdan soyuyarsan. Ya da buna məcbursan. Mahnının o yeri artıq titrətməz , qızdırmaz içini...soyuq buzlar bağlayar. Və sən artıq nə mahnını bir daha dinləyərsən , nə də israrla aşiq olduğunu hayqırarsan. Nə o mahnının o yerini təkrar - təkrar dinləyərsən,   nə də o insanın sənə əziz olan hərəkətini xatırlayarsan. Bir zamanlar aşiq olduğum o adam mənim üçün bitmiş  mahnıdı indi  . Amma bir gün o mahnını hardasa qəfil eşitsəm nə edəcəyimi,  necə davranacağımı bilmirəm. O gün yenə bura yazacam , Əziz Oxucum.
  İndi isə eyni hissləri keçirdiyim mahnıların videolarını bura yerləşdirirəm.

x