30 Ağustos 2016 Salı

Qoyun bulağı - Lope De Veqa

  Qoyun bulağı əsəri Lope  De Veqanın ən gözəl əsərlərindən biridir. 

  Lope   De Veqa 11 yaşından yazmağa başlamışdır. Bəzi məlumatlara görə o , 486 əsər yazmış və 426 - ı günümüzə qədər gəlib çatmışdır. Lopez De Veqa Renessans ədəbiyyatının görkəmli nümayəndəsidir. Onun yaradıcılığında " Sevilya ulduzu"  , "Valensiya divanələri"  , "Qoyun bulağı" əsərləri mühim yer tutur. 

  " Qoyun bulağı " əsərində hadisələr Kordovada baş verir  Kordova üsyanı hadisələri üzərində köklənir. Burada göstərilir ki , Komandor öz hərbi birləşməsi ilə gəlir və mavrlarla ərəblərlə döyüşür. Lakin o burada özünü mütləq hakim hesab edir , qızların namusuna toxunur,  yaşlıları təhqir edir. Yalnız Laurensiya ona tabe deyildi. Bu hal Komandoru özündən çıxarır və o müxtəlif hədiyyə və vədlərlə onu tabe etmək istəyir. Lakin  Laurensiya onu qətiyyətlə rədd edir .Bircə dəfə Laurensiya çayda çimərkən Frondosa adlı həmkəndlisi ona öz eşqini izhar edir . Lakin Laurensiya hələ onu sevmədiyini bildirir. Bu zaman Komandor əlində silah onlara tərəf gəlir və Frondosa məcburən gizlənir. Komandor isə onun tək qaldığını görüb yene Laurensiyanı tabe etmək istəyir. Əlacsız qalan Laurensiya kömək istəyir. Frondosa isə dözməyərək gizləndiyi yerdən çıxaraq Komandorun silahını əlindən alıb onu tərksilah edir və buranı tərk etməyi tələb edir  . Onlar bir yerdə qaçmağa məcbur olurlar. Frondosanın bu şücaəti Laurensiyada məhəbbət oyadır. Onun atası da izdivaca razılıq verir. Beləcə onlar gizli şəkildə meşədə toy mərasimi qururlar. Lakin toy günü Komandorun cəsusları xəbər tutub bura gələrək onları həbs edirlər. Bu vəziyyətə dözməyən kəndin camaatı - ağsaqqalları xalq məclisinə yığışırlar. Elə bu zaman Laurensiya saçları dağınıq,  pərişan vəziyyətdə məclisə gəlir. Həmin dövrdə qadınların - qızların xalq məclisinə daxil olması qadağan idi. Lakin Laurensiya bura gəlib,  ağıllı çıxış edir: 
       "Baxın mənə yaxşı - yaxşı baxın . Görün sizin qızınızı nə hala salıblar. Mən sizdən başqa şeydə gözləmirəm,  çünki siz qoyun bulağından su içmisiniz. Siz elə qoyun kimi mütisiniz. Sizin qadınlarınızın namusuna toxunurlar siz susursunuz , sizin əmlakınızı aparırlar siz daş kimi baxırsınız. Sizin bircə ənlik , kirşanınız və qadın tumanınız çatmır. Doğrudur , bir qadın kimi bu məclisdə səsim yoxdur, lakin bacardıqca hayqıracam ki , sizin yatmış vicdanınız oyansın. Əks halda,  Amazonka hakimiyyəti gələcək və qadınlar silaha  sarılıb özlərini qoruyacaqlar. "( Yeri gəlmişkən bu monaloq çox sevdiyim və əzbər bildiyim epizoddur. )
   Bundan sonra həmkəndliləri ayağa qalxaraq üsyan edib,  Komandoru öldürürlər. Bunu eşidən kral xüsusi missiya ilə hakim göndərir lakin hakimin sorğusuna cavab olaraq onlar cavab verir ki , " qoyun bulağı "  . Kral buna cavan olaraq ora cəza dəstələri göndərmək istəyir, bu vaxt kənd ağsaqqalları ora  gedib itaətsizlik görtərmədiklərini  bildirib əhvalatı bildirirlər. Sonda əsər toy səhnəsi ilə bitir. 
    

2 yorum: