7 Ağustos 2016 Pazar

Rəşid bəy və Səadət xanım

   
İsmayıl bəy Qutqaşınlının 1835-ci ildə Varşavada hərbi qulluqda olarkən fransız dilində buraxılan " Rəşid bəy və Səadət xanım " hekayəsi,  bu dildə nəşr edilmiş ilk Azərbaycan bədii əsəridir. Yazıçı öz hekayəsində dövrünün ziyalılarını düşündürən bir çox məsələlərə toxunmuşdur.İlk baxışdan fransız  romatizmi ənənələrindən yararlandığı sanılan bu gözəl hekayə ədibin doğulduğu, yaşadığı, işlədiyi, formalaşdığı kübar mühitin sadə insanlara sevgini realistcəsinə əks etdirir.
Əsər iki gəncin məhəbbətindən bəhs edir .Rəşid bəy ona evlilik üçün uyğun olan qızların adları çəkilərkən  , o , nə öz əmisi qızı , nə də vəziyyəti daha daha yaxşı olan xanların birinin qızı ilə izdivaca razı olmur . O ,Qəbələ xanları nəslindən olan Səadət xanımı özünə uyğun bilir  . Və uzun sürən çətinliklərdən sonra dostu Əzizin köməyi ilə Səadət xanımla görüşür.  Səadət bayram büsatı qurulmuş meydanda Rəşid bəyi görcək ona aşiq olur.  İkinci dəfə Rəşid bəy dilənçi geyimində Səadət xanımın qarşısına keçdikdə və ona eşqini izhar etdikdə Səadət xanım da onun eşqinə laqeyd qalmır. Səadət xanım öyrənir ki , onun üçün bağda şeir söyləyən də , üzüyünü götürən də , dilənçi tək gəlib huşunu itirən də Rəşid bəy imiş. Nəhayət gənclər izdivac üçüm razılaşırlar . Hətta Səadət xanımın anası Tutu xanım fa bu izdivaca razılıq verir. Lakin qızının nişanlısı olan Əsgər ağanın əmisi elçi gəlmişdi və Tutu xanım nə edəcəyini bilmirdi. Nəhayət sonda Rəşid bəy  Səadət xanımı qaçırır və Əsgər ağanı da qaçırır ki , atası Kazım xan oğlu üçün narahat olsun və o da Səadət xanımla azyaşlı Əsgər ağanın evliliyindən imtina etsin. O istədiyinə nail olur  sonda Səadət xanım özündən yaşca kiçik Əsgər ağaya deyil özünün sevdiyi Rəşid  bəyə qismət olur.

  







Hiç yorum yok:

Yorum Gönder