Şəkər portağalı
Salam ,dostlar!Bu gün sizə uşaq romanı olan Şəkər portağalından bəhs edəcəm.Əsər Jose Mauro de Vasconcelos tərəfindən 1968-ci ildə yazılıb.Eyni zamanda əsərdə yazıçının uşaqlığından da izlər yer alır.Yazıçı əsəri 12 gün içində yazdığını qeyd edir.
Əsər Braziliya ailəsində cərəyan edir.Yoxsul ailənin oğlu olan 5 yaşlı Zeze nadincliyi ilə bütün məhəlləyə qan uddurur. Hər kəs ona "şeytanın oğlu" deyir.
Zeze bununla yanaşı xəyal dünyası geniş,tək başına oxumağı öyrənəcək dərəcədə ağıllı və həssas bir uşaqdır. O, hər kəs tərəfindən elə də sevilməyən müəlliməsinə gül aparacaq genişlikdə böyük ürəyə sahibdir.

Zeze küçədə dəcəl, məktəbdə isə ağıllı davranır.Yaşadıqları evlərini yoxsulluq ucbatından tərk edən ailə yeni evə köçür bu evdə Zeze bir şəkər portağalı ağacı ilə dostluq edir.O günlük başına gələnləri Minguinho adını verdiyi kefi kök olduğu zamanlarda Xururuca deyə səslədiyi bu ağacla bölüşür. Onun dostları Manuel Valaderes və Arivaldo ilə münasibətləri, böyük bacısı ilə aralarındakı bacı-qardaş sevgisi,ailəsi tərəfindən tez-tez döyülməsi əsəri maraqlı edir.Lakin əsərin sonunda Zezenin dostlarını itirməsi onun bir an içində böyüməsinə səbəb olur.
Qeyd edim ki,əsəri oxuyan hər kəs göz yaşlarına sahib ola bilmədiyini deyirdi, lakin mənim kimi göz yaşları ovucunun içində olan birisində bu baş vermədi.Onu deyə bilərəm ki oxuyan hər kəs Zeze də özünü tapa biləcək.Hər birimiz o günləri yaşamışıq.
Əsərdən seçdiklərim:
-Qırtlağıma bir şey düyünlənmişdi,yediklərim boğazımdan keçmirdi...Yataq,insan yatanda hər şeyi unudur.
-Hər şeyi sevirəm.Evdə yeməyə bir şey tapdığımız zaman sevməyi öyrəndik.
-Ay sonuna qədər heç kim məni döyə bilməz.Gloriaya söz verdilər.Glorianın gözü qaradır. Məndən başqa ailənin tək sarışını odur.
-Son etiraf:
İllər keçdi ,əziz Manuel Valaderes. İndi qırx səkkiz yaşındayam və zaman-zaman darıxarkən həmişə bir uşaq olduğum təsirinə qapılıram. Birdən ortalıqda görünəcək, mənə aktyor rəsimləri və məlumatlar gətirəcəksənmiş kimi gəlir.Həyatın seviləcək yönlərini mənə sən öyrətdin,əziz Portugam.İndi məlumat və aktyor rəsimləri paylamaq sırası məndədir,çünki sevgisiz həyatın heç bir mənası yoxdur. Arasıra sevgimlə xoşbəxt oluram,arasıra da yanılıram;bu daha tez-tez olur.
O çağlarda, yəni bizim çağlarımızda, illər öncə bir Axmaq Şəhzadənin, mehrabın önündə diz çökmüş Axmağın gözləri dolaraq ikonlardan bunu soruşduğunu bilmirdim:Olub bitənləri uşaqlara nə üçün deməli ? Gerçək odur ki,əziz Portugam:bunları mənə çox erkən başa salmış olmalarıdır.Hələlik

Hiç yorum yok:
Yorum Gönder