Pipin həyatından bəhs edən roman 19-cu əsrdə İngiltərədəki mədən kəndlərindəki yaşayışa ayna tutur.Yazıçı pul hərisliyi və ayrıseçkiliyə əsəri vasitəsilə elə bil ultimatum göndərir.
Əsərin qəhrəmanı Philip adında bir uşaqdır. Əsər davamlı olaraq Pipin həyatının bütün dövrlərinə işıq tutur.
Ən yaxın dostu bacısının əri kəndin dəmirçisi Joe Gargerydir.Pipin həyatı ana və atasının məzarını ziyarət etməsi ilə bir gecədə dəyişir.
Meşə də qarşısına bir adam çıxır və Pipə yemək gətirməsi üçün məcbur edir.Bu adam həbsxanadan qaçmış biri olur.Bir daha yemək gətirmək üçün meşəyə qayığan Pip Abel Magwitch adlı məhkumun başqası ilə dalaşdığını görür.Onlar həbs olunur.Pip onları unudur.
Xanım Havisham övladlığı Estella ilə yaşayan tənha bir qadındır. Pipin bacısından Pipin onun evinə oynamağa göndərməyi xahiş edir. Xanım Havisham nigah zamanı əri olacaq oğlan tərəfindən tərk edilir.Pip ,Xanım Havishamın davranışlarına məna verə bilmir.Xanım Havisham Pipin Estella ilə vaxt keçirməyinə şərait yaradır. Estellanın soyuq, kibirli rəftarı Pipin incitsədə ona çox aşiqdir.Pipin ən böyük istəyi ziyalı, səviyyəli biri olmaqdır.
Bir gün ona miras qalır.Pipə elə gəlir ki, bu miras Havisham tərəfindən ona qalır. Pip Londonda bir centlmen olaraq yaşayır.Onu şəhərə görməyə gələn Joeya qarşı kobud davranır , lakin sonra peşman olur.Əsərin sonlarına doğru mirasın kim tərəfindən qaldığını öyrənir və yavaş-yavaş bütün düyünlər açılır.
Uşaqlıq eşqi Estella evlənmiş və ərini itirmişdir. İllər sonra Estella ilə qarşılaşır . Artıq Estella Xanım Havishamın kibirli biri olaraq böyütdüyü qız deyil və kişilərdən intiqam almır.
Əsərdən seçdiyim hissələr :
- Amma onsuzda hər kəsin həyatında elə deyilmidir ? Ömrünüzdəki sayılı günlərdən bir təkini yaşanmamış sayalım...qədərimizin axışı kimbilər nə qədər başqa olardı.
-Mən dəyişmişdim bir dəfə...olan olmuşdu.Yaxşı, pis, doğru, yalnış..olmuşdu.
-Böyük insanda ciddi qəbul etdiyimiz duyğuları uşaqlarda gülünc görürük.
-Bu dünyada heç birimiz göz yaşlarımızdan utanmamalıyıq, çünki bərkimiş qəlblərimizi çölləştirən qumların üzərinə yağan yağmur kimidir gözlərimizin yaşı.
-Kasıblığını tanrı sevgisi , çirkinliyini namus sayardı .
-Gerçək eşqin nə olduğunu söyləyim sənə.Kor-koranə bağlanmaq, qeydsiz-şərtsiz özünü vermək, yerlərdə sürünmək, hər şeyə , hər kəsə rəğmən inanmaq , güvənmək, qarşındakı zalıma bütün qəlbini, bütün varlığını verməkdir.Mən bax belə sevdim.
-Qarşıda gözləyən ölüm qorxuncdur, amma öldükdən sonra pis ad qoymaq düşüncəsi o anda ölümdən də qorxuncdur.
-Estella ayrılmaqdan bəhs edirdi, amma ortalığı saran durğun işığa bundan sonra heç bir ayrılıq kölgəsinin düşməyəcəyindən əmin idim.
-Qarşıda gözləyən ölüm qorxuncdur, amma öldükdən sonra pis ad qoymaq düşüncəsi o anda ölümdən də qorxuncdur.
-Estella ayrılmaqdan bəhs edirdi, amma ortalığı saran durğun işığa bundan sonra heç bir ayrılıq kölgəsinin düşməyəcəyindən əmin idim.

menali fikirler..
YanıtlaSilmenali fikirler..
YanıtlaSil