20 Şubat 2016 Cumartesi

Beş anonim milyonçu-Qaraqan.

                    Beş anonim milyonçu.


  

Salam, dostlar!  Bu gün sizə çox sevdiyim və dara düşdüyüm zaman hər bir sətrini yadıma saldığım iki əsərdən biri olan Beş anonim milyonçu əsərindən yazacam. (Digər əsər P.S Mən səni sevirəm. )
   Yəqin ki, Qaraqanı, yəni Elxan Zeynallını tanımayan yoxdur.Host qrupunun üzvü, reper, musiqiçi, jurnalist ve yazar olan Elxan Zeynallı 8 kitabın müəllifidir.
 Birinci addım Beş anonim milyonçu 2013-cü ilin noyabrında işıq üzü görüb.Bu əsər trilogiyanın 1-Ci hissəsidir .





Əsərdə Beş anonim milyonçunun mənsub olduqları səviyyəyə necə, hansı əziyyətlərlə gəlib çatdığı, eyni zamanda Elxan Zeynallının öz fikirləri də yer alıb.Sonda əsərdən payınıza düşən nəticə o olur ki,heç bir uğur bu dəqiqə: seriala , ya da futbola baxdığınız yerdə sizi gəlib tapmayacaq.Hərəkətə keçin.Uğurun üç sirri var çalışmaq, əzmkarlıq və həqiqətən istəmək.

Əsərdən seçdiyim hissələr:
-Özünü pəncərəyə vuran milçək inadkarlığı vardı məndə.Bilə-bilə ki, çıxa bilməyəcək , ölənə kimi uçmağa, özünü şüşəyə vurmağa hazır idi. 
-İstedadlı  olmaqla iş bitmir.Həyatın boğazında caynaqlarınla yapışmalısan. 
-Bilirsiniz hansı elm əsl elmdir? Heç bir dərsdə keçirilməyən,özünüz öz marağınız üçün öyrəndiyiniz. 
-Uşaqlıqdan çətinlik görən adamlar gələcəkdə bütün işlərini rahat təhvil verirlər. 
-Baxın, siz hamınız bu pul kimisiniz, nə qədər sizi əzsələr də, ləkələsələrdə öz dəyərinizi itirmirsiniz. 
-Güclü məntiq kiçik şeylərdən başlayır. 
-Bütün gicliklərinizə və dəliliklərinizə baxmayaraq siz ciddi şəxsiyyətsiniz. Hər kəsin içində meymun var.
-Heç vaxt! Heç vaxt cəmiyyətə heç nə sübut etməyə çalışmayın. Heç vaxt insan olduğunuzdan utanmayın,çünki mələklərin əhatəsində deyilsiniz 
-Mən ölümdən qorxmuram, çünki onun pis və yaxşı bir şey olduğunu bilmirəm,niyə bilmədiyim şeydən qorxum ki? 
-Dünyada ən qorxulu şey ölümdürsə,ölümə ən yaxın şey fəaliyyətsizlikdir. 
-Hədəfi dəqiq olmayan insanın hərəkətləri də sərxoş odunçunun ağacı yonmasına bənzəyir. 

Hiç yorum yok:

Yorum Gönder