Vəba günlərində eşq
Əsərdə Florentino Ariza və Fermina Dazanın yarım əsrlik eşqindən söhbət açılır.
Gənclik illərində bir-birini görüb sevmiş olan Fermina və Florentinonun qismətinə ayrılıq düşür.Fermina Juvenal Urbino adlı şəxslə evlənir.Düz 53 il 7 ay 11 gün sonra Florentino öz eşqini Ferminaya elan edir. O bu günün xəyalı ilə bütün bu illər ərzində gözləyir. Əsər eyni zamanda həyat dərsləri ilə doludur. Zaman anlayışı çox gözəl vurğulanır: zamanın hər şeyi necə dəyişdiyinin necə təsir etdiyini görürük. Lakin zaman əsl eşqi, ülvi hissləri heç vaxt dəyişmir.😊
Əsərdən seçdiyim hissələr :
- Əlini oda soxmaq əvəzinə,odun sönməməsi yüklü məktublar .
- İnsanların hər zaman analarının onları dünyaya gətirdiyi vaxt doğulmadıqlarını, həyatın onları bir daha ,həmdə tez-tez özü-özlərində doğmağa məcbur elədiyi düşüncəsinə qapılırdı.

Hiç yorum yok:
Yorum Gönder