27 Şubat 2016 Cumartesi

"Qürur və qərəz " əsəri və filmi

               Qürur və qərəz

Salam,dostlar!Yəqin ki, Qürur və qərəz əsəri haqqında eşitmisiniz. 

 Əsər İngiltərəli yazar Jane Austenin ikinci romanıdır. 
Charles Bingleyin Netherfield Park malikanəsini kirayə götürməsi xəbəri Bennetlər ailəsinə həyəcanla qarşılanır.Bennetlərin  beş subay qızı; Jane, Elizabeth,Mary, Kitty və Lydia vardır.Xanım Bennet qızlarının evdə qalmasından qorxur.Böyük qarşılaşma baş verir və cənab  Bingley Janelə yaxın  münasibətdə olur və Xanım Bennet bundan ümidlənir.
Əsas qarşılaşma isə insanların xüsusilə də kişilərin səmimiyyətinə qərəzli  Elizabethlə qürurlu cənab Darsi arasında olur.  Elizabeth zəkalı, şən,pozitivdir.Sərbəst davranışları və iynəli dili ilə seçilir.Darsi isə ciddi, qürurlu biridir. Lakin bir müddət sonra alovlu eşqin təməli qoyulur.Elizabeth isə bu eşqə qarşılıq vermir.Darsinin Elizabethin ailəsinə etdiyi yaxşılıqlar isə onun əslində necə yaxşı bir insan olmasını üzə çıxarır. Elizabeth bilmədən Darsiyə aşiq olur və eşq alovlanır. 
  Filmə gəldikdə isə Elizabeth rolunda Keira Knightley Darsi rolunda isə Mattew MacFadyen rol alıb.
Aktirisa ən çox sevdiyim aktirisadır, hələ gülüşü.Onu da qeyd edim ki Darsi rolunda Mattew MacFadyendən başqasını çəkmək bu filmə böyük haqsızlıq olardı.Çünki Darsinin baxışlarını yalnız belə baxmaq olardı.
Bu səhnədə Darsinin gülüşünə heyranam.
Və sonda Elizabethin düşüncələri mənə çox doğma gəldi.

Hiç yorum yok:

Yorum Gönder