15 Şubat 2017 Çarşamba

" Ürəyinin apardığı yerə get " - Susanna Tamaro

 

        Əziz oxucum etiraf edim ki , bu əsəri oxumadan öncə fərqli mövzuda olacağını düşünürdüm. Tipik qadın olaraq "ürək" sözünü oxuyan kimi romantik bir şey düşünürdüm. Ta ki əsəri oxuyana qədər. Hər kitaba başlayarkən yaşadığım çətinliyi 2 qatını  yaşadım . Normalda ilk 50 səhifədə kitaba bağlanma problemi yaşayırdım bu kitabda sona yaxın anlamağa başladım.

  Əsər bir  80 yaşlı bir nənənin nəvəsinə yazdığı lakin vemədiyi məktublardan ibarətdir. Nənə ilə nəvənin arasındakı buzları yalnız bu məktub əridə bilər. Əsəri sevdim mi ? Sevdim . Tövsiyə edərəm mi ? Yalnız kitab qurdlarına. Ötəri həvəskarlar sonuna gətirə bilməzlər.
   Keçək əsərdən sevib - seçdiyim hissələrə:

  • Bəlkə də nənələr,  babalar, itmişləri adlandırmağa dəyməyəcək bəzək əşyaları kimi görünürlər. İnsan baba və nənəsindən, nə yetim , nə dul qalır . Onları ucsuz - bucaqsız yolların birində təbiətin qanunu olaraq sanki bir çətiri unudan kimi buraxırıq .
  • Əslində ölülər yalnız yoxluqları ilə deyil , onlarla bizim aramızda söylənilməyən sözlər üzündən insana əzab verirlər. 
  • Gənclik dövründə zərər - ziyan görmədən yaşayanlar heç bir zaman həqiqətən böyük insan ola bilməz .
  • Başımıza gələnlər heç bir zaman səbəbsiz deyildir , hər birinin öz mənası vardır . Hər qarşılaşma , hər kiçik bir hadisə içində bir məna yerləşdirir.
  • İlk çevrilişi insan öz içində etməlidir.
  • Yolunu itirdiyin,  çaşdığını hiss etdiyin zaman ağacları düşük , onların böyümə tərzini xatırla . Unutma ki , yarpağı gur , amma kökü zəif bir ağac ilk güclü küləkdə aşar , halbuki kökü güclü və yarpağı seyrək ağacda canının suyu min qüvvəylə dolaşır . Köklər və yarpaqlar eyni ölçüylə mütənasib olmalıdır. Hadisələri izləyib , düzgün nəticə çıxarmağı bacarmalısan,  ancaq bu yolla doğru mövsümdə çiçəklər və meyvələrlə dolana bilərsən.                                                       Qarşında xeyli yol açıldıqda hansını seçəcəyini bilmədiyin zaman hər hansısa birinə o an qədəm qoyma , otur və gözlə . Dünyaya gəldiyin gün necə inamla və dərindən nəfəs aldınsa , eləcə nəfəs al , heç bir şeyin sənin diqqətini yayındırmasına yol vermə , gözlə və yenə gözlə . Dur , səssizcə dur və ürəyini dinlə . Səninlə danışdığı zaman qalx və                                                                                      Ürəyinin apardığı yerə get!

Hiç yorum yok:

Yorum Gönder