1 Nisan 2016 Cuma

Autizm seçim deyil yaşamdır

     
  Salam dostlar, bu gün sizə autizm  xəstəliyindən yazmaq istəyirəm. Əslində nə Daun sindromu , nə də Autizm üçün xəstəlik deməyi düzgün saymıram bu necə deyərlər bir növ yaradılış, yaşamanın bir başqa formasıdır. Bilindiyi üzrə daun sindromu 1 xromosom artıqlığı, autizm isə genetik problemlər səbəbindən yaranır. Onlar belə doğulur ,sonradan qazanılmış xəstəlik kimi qəbul etmək doğru deyil. Doğru olan belə bir şeyin mövcudluğu ilə barışmaq və sevgi ilə yanaşmaqdır ki, və mən sevginin həll edə bilməyəcəyi bir şeyi tanımıram.
Uzun-uzadı bu xəstəliyin tarixindən yazmaq istəmirəm internetdə bu haqqda yazılar kifayət qədərdir. Mən bu gün yaxın dostumla olan müsahibəni təqdim edirəm. Qeyd edim ki, dostumun qardaşı autizmlə doğulub və o yaşadıqlarından bəhs etmək təklifimi qəbul etdi. Onun adını isə M olaraq qeyd edirəm.
Mən:  Qardaşında bu xəstəliyin diaqnozu qoyulanda necə reaksiya verdiniz hansı hissləri keçirdiniz ?
M: İlk öncə onu deyim ki, ölkəmizdə bu xəstəliyin diaqnozunu qoyacaq həkimlər olduqca azdır. Bəlkə indiki bir neçə ildə ola bilər. Amma qardaşım balaca olanda ona düzgün diaqnoz qoyacaq həkimlər yox idi və bu səbəbdən ona yalnız boş-boş dərmanlar yazıb ona heç bir xeyri olmayan dərmanlarla yükləyirdilər. Artıq o qədər dərmanın ona necə zərər verdiyini belə düşünə bilmirəm  .
Mən: Bu boş  müalicə nə zamana qədər davam etdi ? 
M: Bu müddət 10 yaşına kimi davam etdi. O zaman da onu İrana həkimə apardılar və orda deyildi ki, bunun müalicəsi yoxdu və hər zamankindən fərqli olaraq valideynlərim bu dəfə reseptsiz  geri  döndülər. Artıq lazımsız dərmanlar qəbul etməyi lazım deyildi. 
Mən: Bəs ətrafınızın, qohumların, qonşuların münasibəti necədir, başa düşürlər mi sizi ? 
M: Qohumlardan onu deyim ki , cahil insan bunu başa düşə bilməz. Anlayanı da var, anlamayanı  da .Bəzən  guya ki, ürək-dirək verirlər amma işlətdikləri lazımsız söz valideynləri o ailənin digər üzvlərini ruhdan sala bilər. Bəzi qohumlarım var ki, artıq qardaşımın 16 yaşı var və hələ də öz ağıllarına nə gəlir onu danışırlar təkcə bu xəstəlikdən başqa. 
Mən : İnsanların münasibəti necə olsun istəyərdin, qardaşın kimilərə münasibətdə  insanlarda  ən çox nədən şikayətin var ? 
M: İstəyərdim ki, başa düşsünlər bizi. Biz də teatra, qapalı məkanlara ailəvi getmək istəyirik, lakin qardaşımın əhvalı pozularsa, insanlara da narahatlıq verilər deyə biz bundan məhrumuq.İnsanlar bizi xor baxırlar deyə biz əvvəllər çölə belə çıxa bilmirdik ,indi amma bir az mümkündür bu. Çox istərdim bir yerdə alış-veriş edək, bir-birimizə nəsə alanda məsləhət verək amma qardaşımın əsəbləri pozular deyə adətən tək-tək gedirik. Kimsə evdə onunla qalmalıdır. 
Mən: Qardaşında bu xəstəliklə bağlı hansı özəlliklər var ? 
M: Kənardan baxanda soyuq görünsələrdə autizm xəstələri əslində qəlblərindəki sevgi böyükdür .Qardaşım qohumlara, qonşulara, yaşıdı olanlara sevgi ilə yanaşır .Hətta şəkildə belə görsə sevinir şəkilə belə sevgisini ötürür. Özlərindən balaca görəndə utanır nədənsə bilmirəm. Gəzməyi, musiqini sevir. Tarkanı xüsusilə çox sevir😊.Və bir də gərək kimdənsə çəkinsinlər yoxsa zəbt etmək çətin olur. 
Mən:Son olaraq nə demek istərdin ? 
M: İstəyirəm bilsinlər ki autizm xəstəlik deyil bu yaşam tərzidir.  
  Əgər siz də Autizm  və bu xəstəliyin simptomları haqqında məlumat ətraflı məlumat almaq istəsəniz yuxaıdakı 👆 video sizinçün faydalı ola bilər .
   Ən son olaraq özünüzü autizmdən əziyyət çəkən insanların yaxınlarının yerinə qoyun. Düşünün bir magazada paltar alarkən ananız ya da bacınız fikir bildirə bilmir çünki evdə autizmli qardaş ya da bacınızın yanındadır, toyda ailəlikcə oynaya bilmirsiz çünki ailədən kimsə autizmlidir, gəlinlik seçərkən bacınız fikir bildirə bilmir çünki autizmlidir. Özünüzü onların yerinə qoya bildizsə heç deyilsə lazımsız sözlərinizlə qəlb qırmayın! Dəstək olun!

4 yorum:

  1. cox sagolun etrafli izah etdiyinize gore.Allah hamiya komek olsun bu barede..

    YanıtlaSil
  2. cox sagolun etrafli izah etdiyinize gore.Allah hamiya komek olsun bu barede..

    YanıtlaSil