2 Mayıs 2016 Pazartesi

İnsan isterse. - Azmin zafer öyküleri

Hangi çılqın bana zincir vuracakmış şaşarım.
                 Mümin Sekman.
Əsərin müəəlifi Mümin   Sekman şəxsi özünü inkişaf   ( türkcədən "kişisel gelişim" ) sahəsində çox uğurlu birisidir.    Haqqında oxuyacağınız əsərlə tanışlığım adına olan simpatiyamdan irəli gəldi. Əsərin çox böyük şeylər vəd etdiyini düşünürdüm və əsər ona olan inamımı doğrultdu. Əsəri oxuyarkən hər gün bir görkəmli şəxsiyyət haqqında oxuyacağıma söz versəm də bu sözümü üstündə dura bilmirdim. Hər gün 2 ya da 3 məşhur şəxs haqqında oxuyurdum.

   Əsərdə Ali Ağaoğlu, Stiv Cobs, Məhəmmədəli, Teoman və başqa məşhur şəxslərin həyatından uğur sirlərindən bəhs olunur və siz də nə zamansa indiki olduğunuz yerdən gələcəyinizə doğru uzanan işıqlı yolu görürsünüz.
   Əsərdə Şerizat - Şirzad adlı bir şəxsin həyat hekayəsi məni xüsusilə heyrətləndirdi. Şirzad Türkistanda yaşayır. Çinin Türkistanı işğalı nəticəsində Türkiyəyə köç edirlər. Köç zamanı insanların bəzisi göldə buzlar arasında suda boğulub öldü,  bəzisi donub. Susuzluğu yatırtmaq üçün at qanı içdilər daha çox susadılar. Keçi idrarı içdilər, Zebra əti yedilər. Yüksəkliyə oksigen çatışmazlığından  " Is "  xəstəliyinə tutuldular. İnsan idrarı içdilər bacısı bu xəstəlikdən öldü digər 3 bacısı isə itdi. Nəhayət çətinliklə Türkiyəyə gəlib çatdılar. Adını sənəddə Şehrizad olaraq yazdılar qız adı olduğunu öyrənən kimi adını Şirzad olaraq dəyişdi.
Əsərdən seçdiyim hissələr :
- Büyük insanların heykelleri hayattaykən üzerlerinə atılan atlardan yapılır.
- Çevresindekiler   boşuna deneme olmayacak dese de , göreceksiniz olacak diyen iç sesleri bile Bazen titrese de başardılar.
- Her kesin hayatında bir an gelir içindeki ateş söner.  Sonra bir başka insanla karşılaşınca alevlenir. Hepimiz içimizdeki ruhu yeniden tutuşduran o insanlara müteşekkir olmalıyız.

Hiç yorum yok:

Yorum Gönder