30 Ağustos 2016 Salı

Qoyun bulağı - Lope De Veqa

  Qoyun bulağı əsəri Lope  De Veqanın ən gözəl əsərlərindən biridir. 

  Lope   De Veqa 11 yaşından yazmağa başlamışdır. Bəzi məlumatlara görə o , 486 əsər yazmış və 426 - ı günümüzə qədər gəlib çatmışdır. Lopez De Veqa Renessans ədəbiyyatının görkəmli nümayəndəsidir. Onun yaradıcılığında " Sevilya ulduzu"  , "Valensiya divanələri"  , "Qoyun bulağı" əsərləri mühim yer tutur. 

27 Ağustos 2016 Cumartesi

Hayal - Ayşe Kulin

   Əziz oxucularım bu gün sizə oxumaqdan böyük zövq aldığım     " Hayal "  əsərindən bəhs etmək istəyirəm.
Əsərin müəllifi Ayşe Kulin yaradıcılıq fəaliyyətinə gec başlamışdır. Əslində kiçik hekayələr yazsa da nəşr etdirmək bir qədər sonra nəsib olmuşdur. "Hayal" əsəri avtobioqrafik əsərdir. Əsərin dili isə olduqca mükəmməldir,  sadədir. Yeri gəlmişkən Ayşe Kulin kifayət qədər yaşının olmasına baxmayaraq gənc və gümrahdır. 

14 Ağustos 2016 Pazar

Sonra da kes saçlarını getsin.

     Olur bəzən ... hər kəsin həyatında olur . Bağışlayımmı yoxsa bağışlamayım mı , görəsən düzələr , görəsən dəyişər , ya heç vaxt deyişməsə? Bir çox sual atlı kimi üstümüzə hücum çekir. Ya hər şeyi ilə qəbul edib bağışlamalısan ya da həyatından silməlisən. Hansı qərarında peşmançılıq var bilməzsən. Yalnız bir şeyi bil yetər .

        Heç kimsə dəyişməz. 

7 Ağustos 2016 Pazar

Rəşid bəy və Səadət xanım

   
İsmayıl bəy Qutqaşınlının 1835-ci ildə Varşavada hərbi qulluqda olarkən fransız dilində buraxılan " Rəşid bəy və Səadət xanım " hekayəsi,  bu dildə nəşr edilmiş ilk Azərbaycan bədii əsəridir. Yazıçı öz hekayəsində dövrünün ziyalılarını düşündürən bir çox məsələlərə toxunmuşdur.İlk baxışdan fransız  romatizmi ənənələrindən yararlandığı sanılan bu gözəl hekayə ədibin doğulduğu, yaşadığı, işlədiyi, formalaşdığı kübar mühitin sadə insanlara sevgini realistcəsinə əks etdirir.