Əziz oxucular bu gün haqqında yazdığım əsərin həyatımdakı buraxdığı iz sözlə ifadə edilməyəcək dərəcədə möhtəşəmdir. Bu əsər sayəsində anladım ki dünyanın ən yırtıcı heyvanı olan şir belə yanınızdan ötüb keçər həyatının axışı dəyişib ömrünün geri qalanını başqa qitədə davam belə edə bilərsən. Ola bilsin ki bu şansdır , bəlkə də olmalı olan, yazılan .
Əsər avtobioqrafik əsərdir və dəhşətli dərəcədə təsirlidir. Əsərdə dünyaca məşhur model Warisin başına gələnlər qələmə alınıb .
Belə ki , mən əsərin 70- ci səhifəsində ( Ümid edirəm ki səhifəni düz xatırlayıram. ) dözə bilməyib kitabı bağlamışdım. Üzümdə necə əzablı ifadə var idisə qarşıdakı qız maraqla məni süzürdü. Həmin səhifədə nə vardı mı ? Warisin sünnət olunma məqamı. Bəli söhbət Somali də geniş yayılmış qadın sünnətindən gedir.

Əsəri yazan şəxs dünyaca məşhur model Waris Dirie Somali də doğulmuşdur. Hələ 5 yaşında ikən az qala təcavüz ediləcəkdi. Öz xoşu ilə sünnət olunur. Afrikanın bəzi ölkələrində qadın sünnəti vacib ayindi. Sünnət olunmayan qadına əxlaqsız kimi baxılır və həmin qızlarla heç kim evlənmir. Bu adət steril olmayan alətlərlə aparılır və bir çox qız infeksiyadan, qanaxmadan və yaxud da dünyaya uşaq gətirərkən dünyasını dəyişir. Artıq dünya buna qarşı tədbir görür. Hər nə qədər bu adəti İslam dini ilə əlaqələndirsələrdə təbii ki bu doğru deyil.