Ey 30 yaşındakı mən (gəldinsə 3 dəfə qapını döy😂)Başlanğıca gəl😩.
Sevgili 30 yaşındakı mən 😊.
Bilmirəm indi hansı ölkədə , hansı şəhərdə , hansı evdə, kimin yanındasan , yanında kimlər var . Bəlkə soba qarşısında sevdiyin adamla əyləşmisən 💏, bəlkə də ərinlə övladlarınla sevdiyin serialı izləyirsiniz👪. Bəlkə də qaynanan dır - dır edərkən sən mətbəxdə hıçqırıqlarına boğulmusan😟. Ya da daha pisi olub , ən çox qorxduğun şey başına gəlib . Ərin atan kimi birisi olub və sən ondan boşanmış qızınla tək başına dul bir qadın olaraq yaşayırsan.
Ata evinə də qayıtmamısan çünki bir daha atanın qızı olaraq o evdə yaşamağı ölümdən fərqi yoxdu. Seçdiyin yol bəlli sevgisiz, ailəsiz, yalnız övladına bağlı. İndi qızın üçün ən yaxşı taleyi arzulayırsan dualarında bəlkə də🙏 . Bəlkə də xəyalını etməkdən yorulduğun şey başına gəlib. Anidən... heç gözləmədiyin anda . Həmişə elə olur axı . Aşiq olmaram deyərsən aşiq olarsan, yanılmaram deyərsən yanılarsan əvvəl - axır yaşamaram deyərsən yaşayarsan.
30 yaşıma gəldiyimdə bildiyim tək şey var ki , heç kəsin haqqına girməyəcəm, yalan danışmaqdan künc - bucaq qaçacam və övladlarım xəyallarını sərhədsiz quracağı bir dünya yaradacam canım bahasına belə olsa .
Bir də sənə söz verirəm bəlkə bu gün, yox bəlkə sabah yox, bəlkə 1 ildən, lap elə 10 ildən sonra yox amma bir gün yazıçı olacam. 60 yaşında belə olsam . Mən yazıçı olaraq öləcəm. Söz verirəm.
Bəzi şeyləri edə bilmişəm mi ? Doyunca rəqs edirəm mi?
Afrikalı uşaqlara kömək edəcək qədər zenginmiyəm?
Yoxsa ağlıma əsib qısaltmışam mı ? 💇O illərdir arzuladığım qısa saça qovuşmuşam mı ?
Qara pişiyin 1 metrəsindən belə keçə bilmirəm qaldı ki qucağa almaq yox daha nələr?😠
Amma keçiyə toxuna bilərəm hər halda qucağa belə alaram . ( " Böyük dayaq" filmində Maya qucağına götürəndən bəri həvəs etdim. )
Aşağıdakı şəkildəki sırğadan hələ istehsal olunur mu ? Yəni istehsal olunursa almış olmalıyam mütləq . Elədi ?
Hələ də ən gözəl paltarları xəyal edərkən tikdirmək qərarı ala bilirəm mi ?
Və ən sonda mən heç olmasa 30 yaşımda layner vura bilirəm?
Və mən hələ də əvvəlki kimi gülə bilirəm mi ?
Sevgilərimlə 22 yaşındakı mən😊
















Hiç yorum yok:
Yorum Gönder