19 Şubat 2017 Pazar

Blogum 1 yaşında 🎂🎉

     Düz 1 il əvvəl bu blogu həyəcan içində qurmuşdum. İlk yazımı yazarkən yerə göyə sığmırdım. Sadəcə yazmaq istəyirdim. Bloga sitayiş edər kimi yazırdım
. İnsanlar qarşısında məsuliyyətim var idi. Onlara keyfiyyətli olanı yazmalıydım. Özüm sevmədiyimi , bəyənmədiyimi onlara gözəl deyə təqdim edə bilməzdim. Öz fikirlərimi sırımaq kimi haqqım yox idi.
     Blogu yazarkən uçurumun dibinə yuvarlanmış hisslərimi oyadırdım. Həyatın şillələri tək-tək üzümə  vurularkən anlamışdım ki , özümü rahat hiss edəcəyim bir şey etməliyəm. Ruhum doymalıdı. Danışmalıyam sözüm kəsilmədən. Qarşımdakına səviyyəli bir şey deməliyəm. O an blogu yaratmaq qərarını verdim.
  Bu gün sayca 26-cı yazımı yazıram . Hələ də 1 il keçdiyinə inana bilmirəm. Amma inanmalıyam ki blogum ilə birlikdə mən də böyüyürəm. Çəhrayı Kəpənək olaraq blogumda fərqliliklər olacaq. İnşallah. Bir daha ki yazıma qədər Oxucum. ❤😘

Hiç yorum yok:

Yorum Gönder