P.S Mən səni sevirəm.
Əsərin müəllifi Sesilia Ahern İrlandiyalı baş nazir Berti Ahernin qızıdır.Sesilia Ahern 2004-cü ildən yazıçılıq fəaliyətinə başlayıb . Bu əsəri 2002-ci ildə yazıb. Kitab tezliklə bestsellerə çevrilir və eyni zamanda bir çox dünya dillərinə tərcümə olunur.
Əsər hər nə qədər məhəbbət mövzusunda yazılsa da tipik eşq hekayələrindən seçilir.Əsərdə həyata dair verilən mesajlar insanları yenidən həyat haqqında düşünməyə vadar edir.
Əsərin qəhrəmanı Hollinin həyatı əri 0Cerrinin ölümü ilə cəhənnəm əzabına çevrilir.7 il Cerri ilə yaşadığı ev artıq onun üçün həyatdan, insanlardan qaçış yerindən başqa bir şey ifadə etmir.Onu bu depresiyyadan isə elə Cerri özü xilas edir. Bəs necə ?
Qəfil qapı zəngi hər şeyi büsbütün dəyişir.Holliyə təqdim olunan bağlamadakı məktublar ona bundan sonrakı həyatı üçün yol olur. Sən demə, Cerri xəstəliyini öyrəndiyi gün ölümündən sonra Hollini həyata bağlamaq üçün məktublar yazır. Məktublar Holliyə çatanda isə o onları açmaqda tələsir.Lakin Cerrinin bir şərti vardı.Hər ay yalnız bir məktub açılmalı idi.
Hər ayın 1-inə saatlar qalmış Holli səbirsizlənir və hər yeni məktub Holliyə yeni xoşbəxtliklər vəd edir.Holli bu məktubların sayəsində yenidən həyata qayıdır .
Əsl sevgi də belə olmalıdır sevdiyini yalnız onun ölümündən sonra deyil öz ölümündən sonra da düşünməli və sevməlisən.
Kitabdan seçdiyim cümlələri və kitab əsasında çəkilmiş film haqqda fikirlərimi isə P.S Mən səni sevirəm 2. adlı yazıda oxuya bilərsiz.

Hiç yorum yok:
Yorum Gönder