P.S Mən səni sevirəm .
Salam, dostlar ! Keçən yazımda qeyd etdiyim kimi bu dəfəki yazımda P.S Mən səni sevirəm filmi haqqında fikirlərimi və əsərdən bəyənib seçdiyim fikirləri yazacam.
Əsər əsasında 2007 ci ildə film çəkilib. Baş rollarda Holli rolunda aktrisa Hillary Swonk və Cerri rolunda isə Cerard Batler çəkilmişdir.
Film haqqında onu deyə bilərəm ki, əsərin motivləri əsasında çəkilməsinə baxmayaraq filmdə bir çox təhriflərə yol verilib.
Əgər filmə baxıb sonra əsəri oxusaz əsəri sevəcəksiz, yox əgər ilk öncə kitabı oxuyub sonra filmi izləsəz o zaman film sizi qane etməyəcək.Təbii ki, bu mənim şəxsi fikrimdi.Çünki mən kitabdan sonra filmə baxdım və gözəl film izləyib zövq alacağıma dair bütün ümidlərim puç oldu.Kitabın üz qabığında da aktyor və aktrisanın şəkli yer alıb.
-Topdan Aya doğru uç və yanılmaqdan qorxma,onsuz da ulduzların arasında qalacaqsan.
-Yenidən sevməkdən qorxma.Öz ürəyini aç və onu dinlə ,onun çağırışına əməl elə.Və yadında saxla:Ayı nişan al.
-Sənə qarşılıq verən adamı sevmək:-Bu özü-özlüyündə möcüzədir.Ancaq daha yaxşı daha vacib onda doğma qəlbi tapmaqdır-bu,səni başqalarından daha yaxşı başa düşən,sevən, nə baş verməsindən asılı olmayaraq yanında olandı.Deyirlər heç nə əbədi deyil,amma mən qəti əminəm ki,bəziləri üçün məhəbbət ölməzdi.
-Budur ərindən məsləhətlər alan onlara əməl edən və bacardığı qədər özünü həyata qaytarmağa çalışan qadın.Qoy indi yox,qoy bir ildən yaxud on ildən sonra ancaq o,Cerrinin son xeyir-duasına qulaq asacaq.Taleyin ona nə yazmasından asılı olmayaraq ürəyini açacaq və onun çağırışına əməl edəcək.Hələlik isə sadəcə yaşayacaq.

Hiç yorum yok:
Yorum Gönder