Salam dostlar. Uzun müddətdir ki, yaza bilmirdim . Heç bir qüvvə məni yazmağa sövq etmirdi. Lakin dedim bu gün şeytanın ayağını qırım. Bu gün sizə çox istərdim ki yeni izlədiyim "Halam geldi" türk filmi haqqında fikirlərimi yazım .Filmdəki hadisələr gerçək həyat heyayəsidir.
Film erkən yaşda evliliyə sürüklənmiş 13 yaşlı 2 qız uşağının və qohum evliliyinin nəticəsində dünyaya gəlmiş xəstə oğlan uşaqlarının taleyini ekranlara gətirir. Hər nə qədər Kipr kimi gözəl bir ölkəyə köçmüş olsalar da öz mentalitetlərindən ( törelərindən ) əl çəkməmiş ailələrin uşaqlarının faciəsi ürək ağrıdır. Özümü o qızların yerinə qoyduqca filmi daha yaxşı dərk edirdim. Xüsusilə ananın çarəsizcə dua səhnəsi sözlə ifadə edilməyəcək dərəcədə ağırdır.Və taleyini elə toy gecəsində ərinin təcavüzündən sonra dəyişmək qərarını alan və bu yolda Yunanıstan sərhədinə qaçaraq ölümlə üzləşən qızın cəsarəti hər qadına dərs ola bilər.



Hiç yorum yok:
Yorum Gönder