Xəyallarınız xülya olaraq qalmasın
Salam,dostlar!
Əminəm siz də bilirsiz bu dünyada xəyal qurmaqdan daha gözəl bir şey yoxdur.Əgər deyirsizsə "Axı nəyə lazımdır boş-boş xəyallara dalmaq? Onsuzda kimsə gəlib puç edəcək." Mən də deyirəm ki, niyə buna yol verirsiz ? Əgər deyirsizsə "Mən qərar verdim, artıq xəyal qurmayacam, buraxdım bu işləri." Mən də deyirəm ki, xəyal qurarkən qərar vermişdinmi ki, qurtarmağa da qərar verirsen? Bu iş beyin işi deyil ,dostum, bu iş qəlb işi. Yox əgər deyirsizsə " Bu iş "uşaq işi" , ya da "qız işi"."Mən də deyirəm ki, ey mənim inadım inad deyən dostum,bu xəyal qəlbə düşəcəksə nə yaş tanıyar, nə cinsiyyət.
İlk öncə baxaq-görək sən bu xəyalındakı şeyi nə qədər çox istəyirsən, nə qədər çox önəmsəyirsən.Əgər deyirsənsə hər şeyə, hər kəsə rəğmən mən bunu istəyirəm o zaman yolun açıq olsun ,dost.
Xəyalınızın reallaşmasına maneələr var.Gəlin o maneələri aradan qaldıraq.Nədir o maneələr?
Məsələn, yolla getdiyiniz anda birdən vitrində onu gördünüz "Allahım bu ki, həmişə xəyalını qurduğum paltardı."-deyə içdən-içə sevindiyiniz anda birdəəəəəəəənnnnnn qıraqdan bir gülüş səsi eşitdiz."Ha ha ha sən ki, bunu geyinə bilmərsən çəkin uyğun deyil, həm korsan ele bil ki görmürsən necə açıq -saçıqdı." Nədi yoxsa Kiçik Emrah sifəti alıb "acıların çocugu" kimi evə qayıdacaqsan. Mən belə etməzdim🙅.Girib o mağazaya, o paltarı alar,ilk öncə onun içinə sığışana qeder arıqlayar, daha sonra beynimi işlədib yaradıcılığımı ortaya qoyub o paltarın açıq yerini necə bağlı edərəm haqqında düşünüb dərzinin yolunu tutaram.O Şeytanı güldürəcəyimə üzümü güldürərəm.Ən son isə o paltarı geyinib o məclisə gedərəm və böyük ehtimalla bu toy məclisi olacaq.Düşünsənə o "işgüzar" Fatmanisə xalanı səni görəndə ağlından keçənləri "Ağəz bu Güləfruzun Top qızı dööööör"
Ya da xəyallarına valideynlərin mi mane olacaq.O zaman nə et deyim mi? Sevgini, ağlını, səmimiyyətini dilləndir ıııımmmm bir az da üzünə "yavru it"
görünüşü ver tamamdır.
görünüşü ver tamamdır.
Yoxsa xəyallarınızdan hansısa "......" sizi tərk etdi deyə mi keçdiz? "Onsuz da həyat üzümə heç vaxt gülmür."deməyin .Tərk edilən nə ilk,nə də son insan deyilsiz.Elə indicə "Onsuz da eşqimdən, səndən keçə bilmirəm amma bu o demək deyil ki, xəyallarımdan da keçərəm.Heç bir şey xəyallarımdan el çəkməyə maneə ola bilməz." deyin .İnan ,ey qelbi yaralı dost,ondan da, ona olan eşqinizdən də bir gün keçəcəksiz.
Dostlar siz xəyallarınıza dəyər verin.Xəyallarınızdan möhkəm yapışın.Xəyallarınızın gerçək olduğu zamanda məni xatırlamağınız diləyi ilə .
İmza:Çəhrayı Kəpənək
İmza:Çəhrayı Kəpənək



Ellerine , ureyine sagliq 😊
YanıtlaSilTəşəkkür deyərli dost 😊
YanıtlaSilBu yorum yazar tarafından silindi.
YanıtlaSil