19 Mart 2016 Cumartesi

" An education " - " Eşq dərsi " filmi

             Eşq dərsi filmi 

Əziz dostlar, bu gün sizə çox, çox, çox sevdiyim bir filmdən bəhs edəcəyəm.Film hər bir gənc qızın mütləq izləməli olduğu bir filmdir. Filmin mövzusu ingilis jurnalist Lynn Barberin  xatirələri əsasında yazılmış avtobioqrafik əsərdən götürülmüşdür.Filmin rejissoru Lone Scherfig, ssenaristi isə Nick Hornbydir.
Filmin baş rolunda Carey Mulligan

və Peter Sarsgaard
rol alıb .

  Mövzusu:
  Ağıllı və çəkici 16 yaşında bir yeniyetmə qız olan Jenny tezliklə qadın olmağın həyacanı ilə yaşayır. O öz otağında Juliette Greconun ifasında fransız mahnılarına qulaq asaraq Parisi  görəcəyi günün xəyalı ilə yaşayır. Yağışlı bir gündə
 həmişəki kimi dərsə gedərkən yolda ona maşına minmək təklifini qəbul edərkən həyatının ən böyük dərsini alır.
Onun bu gündən sonrakı həyatı xarizmatik və 30 yaşlı Davidin ona evlilik təklifi və Oxfordda təhsil almaq şansı arasındakı seçimindən asılı olur.Lakin o yalnış seçim edərək Davidə olan eşqinin ardından gedir. Onu müəllimlərinin sözü belə yola gətirə bilmir.Jenny Davidlə istədiyi həyatı yaşayır, Parisə gedir, cəmiyyət arasında olur.Eşq Jennynin ağlını başından o qədər alır ki , Davidin etdiyi qeyri-qanuni əməllərinə belə göz yumur.Lakin bir gün ailəsi və Davidlə şam yeməyindən qayıdan Jenny təsadüfən onun evli olduğunu öyrənir.O gündən sonra Jenny yenidən təhsil almaq haqqında düşünür və Oxforda yollanır. O həyatını heç nə olmamış kimi davam etdirir. 
Filmin haqqında təəssüratım: 
Carey Mulligan çox yaxşı bir aktrisalıq  sərgiləmişdir.Zərifliyi və xanımlığı ilə Audrey Hepburnə bənzəyir bu da onu sevməyimə ayrı bir səbəbdir😊.Geyimlərini isə xüsusilə bəyəndim, tam bir fransız qadınını xatırladır👍. Yeri gəlmişkən məncə Jennynin aldanmasında tək özü deyil, həm də valideynlərinin də günahı olur.Onlar da Davidin  hiylələrinə aldanır.Jennynin filmdə rəqs etməsi səhnəsi isə çox gözəldir😊. 

Hiç yorum yok:

Yorum Gönder