Qadın olmaq
Salam, dost! Qadın olmaq necədir? Bilinir mi dəyərin?
Varmıdır yerin atanın, qardaşının, ərinin, oğlunun gözündə?Yoxsa səndə atanın gözündə istənməyən övlad,qardaşının gözündə namusu qorunacaq artıqlıq, ərinin gözündə həmişə ona sadiq olmağa, qadınlıq etməyə hökmlü "arvad", oğlunun gözündə xoşbəxtliyi yalnız dörd divar arasında tapmalısan. Hansısan? ...
Desən ki, mən bu sıralananlardan hamısıyam və xoşbəxtəm o zaman sən sadəcə artıqlıq, "arvad",dörd divar arasında məhbusdan başqa bir şey deyilsən.
Yox desən ki, bu sadalananlardan hamısıyam və xoşbəxt deyiləm o zaman sən qadın olmağa ilk addımı atmısan deməkdir.
Hər qadın xoşbəxt olmaq istəyər.Əsas olan o xoşbəxtliyi nədə görür.Çox təəssüf ki, qadınların çoxu xoşbəxtliyi evlilikdə görür.Lakin hər evlilik xoşbəxtlik vəd etmir.Əgər sən xoşbəxt qadınsansa həyatını birləşdirəcəyin insan da xoşbəxt biridirsə o zaman o ev ikinizə də cənnət bağçası olar😄.Əks təqdirdə isə o ev sənə həbsxana, o insana isə gecələmək üçün otel olar😟. Bəs necə xoşbəxt qadın olmaq olar?
Hər şeydən əvvəl kar ol🙉 heç kəsə qulaq asma; başqalarının həyatlarına qarşı kor ol,🙈 onların yolun görməzdən gəl, tikanlıda olsa da öz yolunda get;lal ol🙊 hər kəsin qarşısında susqunluğun onları hədəqədən çıxartsın; yaddaşın itsin deyilənləri o an unut .
İmza:Çəhrayı Kəpənək

- İlk öncə qadın həm ruhən ,həm də düşüncədə azad olmalıdır. Amma bu əxlaqsızlıq demək deyil.Hər qadın bilməlidir ki, onun namusu da,həyatı da yalnız özünə aiddir.
- Daha sonra yolunu düzgün seç.Oxu, çalış və həyatına kiminsə qarışmasına icazə vermə.Döyülməkdən, söyülməkdən qorxma.Bu uzağı bir aydan o yana keçmir .Bir aydan o yana keçdi bunu qanuni yolla həll et. Səndəki bu əzmkarlığı görən heç bir kişi mübarizəyə tab gətirə bilməz. Zəfərə gedən yolda çəkilən çilə müqəddəsdir yolun sonunda anlayacaqsan.
- Yanındakı dostlarını, rəfiqələrini də düzgün seç.Bir qadın özünü yüksəltmək üçün səni ayaqlar altına atacaq buna da hazır ol.
- Anana icazə vermə ki , sənə də öz həyatını yaşatsın.Bu yolda ən böyük sərhəd elə öz anan ola bilər diqqətli ol.O öz fikirlərini sənə təlqin edənə qədər sən onu qabaqla.
- Və bir gün xoşbəxt qadın olduğun zaman başqalarının sənə "KİŞİ QEYRƏTLİ" deməsinə əsla icazə vermə.🙅(anlamıram qadının qeyrəti yoxmudur😏, gərəklimidir kişi qeyrətli olaq ) Zəfərini kiçiltmələrinə icazə vermə.
İmza:Çəhrayı Kəpənək

Hiç yorum yok:
Yorum Gönder