12 Mart 2016 Cumartesi

İnsan olmaq çətindir

         Yoxsa bütün bəşəriyyət iblisə                        mi  uymuş! 

       Dünya  liderlik sevdasına düşmüşlərin, sağlam rəqabəti öz oyunlarına çevirmişlərin, bir qarış torpaq uğrunda insanlara qıymağı qalibiyyət sananların, öz nəfsinin ,öz ehtirasının əsiri olmuşların ucbatından yaşanmaz haldadır. Nə zaman dərindən nəfəs almaq istəsək  terror, təcavüz, şəhid xəbərləri  istəyimizi ürəyimizdə qoydu. Artıq öyrəncəli olduq ürək ağrılarına, göz yaşlarına, ana fəryadlarına, matəm günlərinə. Mənə dünya xəritəsində ölüm mələyinin daimi məskən salmadığı, şəhid almadığı, günahsız canları aparmadığı torpağı göstərin ...
        Sülhü düşünürəm 1-ci dünya müharibəsi, 2-ci dünya müharibəsi ,Qarabağ müharibəsi və daha başqa müharibələr və şəhidlər  gözümün  önündə durur.Bu dünyada kişi olmaq çətindir!






  Xoşbəxt qadınları düşünürəm təcavüz qurbanı qadınların, gənc qızların doğulmadan boğulmuş xəyalları gözümün önündə durur, ürəyim parçalanır ,qadın olmağım məni qorxudur.Qaranlıq küçələrdə tək başına yol almaq məni ürküdür.Bu dünyada qadın olmaq çətindir.

Ən çox da körpələri düşünürəm.Amansız dalğaların sahilə vurduğu suriyalı körpənin cəsədi,
gördüyü kameranı silah sanaraq əllərini yuxarı qaldıran suriyalı qız uşaqlarının gözündəki  qorxu
düşüncələrimi kabusa çevirir.Bu dünyada uşaq dünyaya gətirmək cəsarətdir. 
        11 sentyabr hadisələri xristian olmağın,  2 -ci dünya müharibəsi yəhudi olmağın, Suriya qaçqınları müsəlman olmağın, Çində uyğurların qətliamı türk olmağın çətin olduğunu göstərir. Dinin ,dilin, irqin ayrı olması problem olduğu bir dünyada insan olmaq çətindir. 

           Düşünürəm bir anlıq yoxsa bütün bəşəriyyət iblisə mi  uymuş! 

        Nəfs, müharibə,terrorist, ehtiras məfhumlarının olmadığı bir dünyada yaşamaq ümidi ilə 
İmza:Çəhrayı Kəpənək 


Hiç yorum yok:

Yorum Gönder