27 Mart 2016 Pazar

Siyah süt - Elif Şafak

                        

 Əziz dostlar bu gün sizə Elif Şafakın müəllifi olduğu Siyah süt əsərindən bəhs edəcəyəm.
Əsər Elif Safakın ailə, evlilik, uşaq sahib olmaqla bağlı düşüncələrindən eyni zamanda özünün hamiləlik və zahı( lohusa) dönəmindən bəhs edir.
Əsərdə istifadə olunan məzəli-kinayəli üslub isə əsəri əyləncəli edir. Özü-özünə verdiyi suallar oxuyucunu da düşünməyə vadar edir.Yazıçı əsərdə keçirdiyi "postnatal depressiya"dan söz açmışdır.
Əsər boyunca özünün mükəmməl ana olub-olmaması haqqında narahatlıqlarını ifadə etmişdir. Daha sonra ana olmağın yaradıcılığına təsir edib-etməməsi onu narahat edir və tarixdəki  yaradıcı qadınların həyatına bir-bir toxunur.Bunlar Halide Edip Adı var, Füzulinin bacısı Firuzə, Şekspirin xəyali bacısı Judith, Tolstoyun xanımı Sofia,  Scolt Fitzgeraldın xanımı Zelda və Mozartın xanımı və başqa xanımlardır ki, onların həyatını öz-özlüyündə müzakirə edir. O bu müzakirələri tək deyil daxilindəki səslərlə aparır. Daxilindəki səsləri obrazlaşdırır.Elif Şafaka görə daxilində 6 barmaq qadın var.Bəzilərini çox ciddi qəbul etmiş və bəzilərini önəmli qəbul etməmiş , varlıqlarından belə xəbərdar olmamış.
Yazıçı əsərdə onlar haqqında belə məlumat verir:

  1. Sinif Entel hanım- intelektual, oxuyan-yazar qadın.
  2. Can Derviş hanım-içimdəki təsəvvüfi damar.Sakit,səbrli və sülhpərvər. 
  3. Paratik Akıl hanım-sosial və gündəlik həyatı xilas edə bilən xanım.
  4. Anaç Sütlaç hanım-Varlığından xəbərim belə olmamışdı.Davamlı olaraq saymamışam davamlı olaraq alçaltmışam 
  5. Saten Şehvet hanım-"Beyin deyil Bədən önəmli" deyən 
  6. Hırs Nefs hanım-Karyerama köklənməyimi istəyirdi. 

        Əsərdən seçdiklərim : 
-Əgər bir qadın kişiyə xas özəlliklərə sahibdirsə ondan qaçılmalı.Amma əgər bu cür özəlliklərə sahib deyilsə bu səfər də o özündən qaçmalıdır.
-Xoşbəxtlik də su kimi bir şeydir, bədənin süzgəcindən durmayıb xaricə axır.
-Məgər bir can doğanlar rahat-rahat başqasına qıymazlarmış. Söhbət öz canlarından getsə belə
-Çünki  nə qədər girift(çıxılmaz) olarsa olsun hər dəhlizin bir çıxışı var...heç gözləmədiyin qədər yaxında səni gözləyən...oraya doğru yerimək tək etməyin gərəkən şeydir.
-Evdə qalmış qız manifesti :
"Yalnızlıq Allaha məxsusdur deyərək hər insanı evliliyə məcbur etmək, insanoğlunun ən böyük aldatma çalarlarından biridir. Nuhun gəmisinə cüt halında mindik deyə bütün səyahəti cüt halında etmək məcburiyyətində deyilik.
  Və necə olur ki ,  evlilik üçün bir qadın ilə kişi gərək olduğu halda cəmiyyətimizdə  "evdə qalmaq"  deyimi sadəcə qadınlar üçün işlədilir".
-"Yuvanı dişi quş düzəldər " sözü yanlış anlamadır.Çünki hər dişi quş hər mövsüm yeni bir yuva qura-qura yaşayıb ömrünü başa vurar.Qurduğu qədər  tərk etməyi də bilər.Ömrü boyu eyni yuvada qalan quş yoxdur.
-"Qadın olaraq doğulmur, qadın olunur" Simone de Beauvior.
-Eşqdən öncə olan bitən hər şey -mişli, keçmiş. Elə bil heç yaşanılmayıb.Bir şəkildə yaddaşa sonradan alınmış tək.Eşqdən sonra olan hər şey indiki zaman .Öncəsi və sonrası olmayan.
-Eşq bir növ kimyəvi birləşmə.Formulunda kokain var.
-Kişilər yorulanda evlənirlər.Qadınlar isə sırf maraqdan.Sonunda hər iki tərəf də xəyal qırıqlığına uğrayır.
-Təsəvvüfçülərə görə bu böyük dünya da bir ana bətnidir əslində. 

1 yorum:

  1. Casino Slot Machines - JTM Hub
    In many ways, this casino slots machine is not 안양 출장마사지 for 용인 출장안마 all tastes. 양주 출장마사지 You know 익산 출장안마 those 하남 출장샵 in Las Vegas, where the big wheel of fortune is packed full of

    YanıtlaSil