5
29 Aralık 2016 Perşembe
Yeni il
28 Eylül 2016 Çarşamba
Səhra çiçəyi - Waris Dirie
Əziz oxucular bu gün haqqında yazdığım əsərin həyatımdakı buraxdığı iz sözlə ifadə edilməyəcək dərəcədə möhtəşəmdir. Bu əsər sayəsində anladım ki dünyanın ən yırtıcı heyvanı olan şir belə yanınızdan ötüb keçər həyatının axışı dəyişib ömrünün geri qalanını başqa qitədə davam belə edə bilərsən. Ola bilsin ki bu şansdır , bəlkə də olmalı olan, yazılan .
Əsər avtobioqrafik əsərdir və dəhşətli dərəcədə təsirlidir. Əsərdə dünyaca məşhur model Warisin başına gələnlər qələmə alınıb .
Belə ki , mən əsərin 70- ci səhifəsində ( Ümid edirəm ki səhifəni düz xatırlayıram. ) dözə bilməyib kitabı bağlamışdım. Üzümdə necə əzablı ifadə var idisə qarşıdakı qız maraqla məni süzürdü. Həmin səhifədə nə vardı mı ? Warisin sünnət olunma məqamı. Bəli söhbət Somali də geniş yayılmış qadın sünnətindən gedir.

Əsəri yazan şəxs dünyaca məşhur model Waris Dirie Somali də doğulmuşdur. Hələ 5 yaşında ikən az qala təcavüz ediləcəkdi. Öz xoşu ilə sünnət olunur. Afrikanın bəzi ölkələrində qadın sünnəti vacib ayindi. Sünnət olunmayan qadına əxlaqsız kimi baxılır və həmin qızlarla heç kim evlənmir. Bu adət steril olmayan alətlərlə aparılır və bir çox qız infeksiyadan, qanaxmadan və yaxud da dünyaya uşaq gətirərkən dünyasını dəyişir. Artıq dünya buna qarşı tədbir görür. Hər nə qədər bu adəti İslam dini ilə əlaqələndirsələrdə təbii ki bu doğru deyil.
25 Eylül 2016 Pazar
30 yaşındakı " Mən "ə məktub
Ey 30 yaşındakı mən (gəldinsə 3 dəfə qapını döy😂)Başlanğıca gəl😩.
Sevgili 30 yaşındakı mən 😊.
Bilmirəm indi hansı ölkədə , hansı şəhərdə , hansı evdə, kimin yanındasan , yanında kimlər var . Bəlkə soba qarşısında sevdiyin adamla əyləşmisən 💏, bəlkə də ərinlə övladlarınla sevdiyin serialı izləyirsiniz👪. Bəlkə də qaynanan dır - dır edərkən sən mətbəxdə hıçqırıqlarına boğulmusan😟. 30 Ağustos 2016 Salı
Qoyun bulağı - Lope De Veqa
Qoyun bulağı əsəri Lope De Veqanın ən gözəl əsərlərindən biridir.
Lope De Veqa 11 yaşından yazmağa başlamışdır. Bəzi məlumatlara görə o , 486 əsər yazmış və 426 - ı günümüzə qədər gəlib çatmışdır. Lopez De Veqa Renessans ədəbiyyatının görkəmli nümayəndəsidir. Onun yaradıcılığında " Sevilya ulduzu" , "Valensiya divanələri" , "Qoyun bulağı" əsərləri mühim yer tutur.

27 Ağustos 2016 Cumartesi
Hayal - Ayşe Kulin
Əziz oxucularım bu gün sizə oxumaqdan böyük zövq aldığım " Hayal " əsərindən bəhs etmək istəyirəm.
Əsərin müəllifi Ayşe Kulin yaradıcılıq fəaliyyətinə gec başlamışdır. Əslində kiçik hekayələr yazsa da nəşr etdirmək bir qədər sonra nəsib olmuşdur. "Hayal" əsəri avtobioqrafik əsərdir. Əsərin dili isə olduqca mükəmməldir, sadədir. Yeri gəlmişkən Ayşe Kulin kifayət qədər yaşının olmasına baxmayaraq gənc və gümrahdır.

14 Ağustos 2016 Pazar
Sonra da kes saçlarını getsin.
Olur bəzən ... hər kəsin həyatında olur . Bağışlayımmı yoxsa bağışlamayım mı , görəsən düzələr , görəsən dəyişər , ya heç vaxt deyişməsə? Bir çox sual atlı kimi üstümüzə hücum çekir. Ya hər şeyi ilə qəbul edib bağışlamalısan ya da həyatından silməlisən. Hansı qərarında peşmançılıq var bilməzsən. Yalnız bir şeyi bil yetər .
Heç kimsə dəyişməz.
7 Ağustos 2016 Pazar
Rəşid bəy və Səadət xanım
7 Temmuz 2016 Perşembe
Halam geldi -türk filmi haqqında.
2 Mayıs 2016 Pazartesi
İnsan isterse. - Azmin zafer öyküleri
Hangi çılqın bana zincir vuracakmış şaşarım.
Mümin Sekman.
Əsərin müəəlifi Mümin Sekman şəxsi özünü inkişaf ( türkcədən "kişisel gelişim" ) sahəsində çox uğurlu birisidir. Haqqında oxuyacağınız əsərlə tanışlığım adına olan simpatiyamdan irəli gəldi. Əsərin çox böyük şeylər vəd etdiyini düşünürdüm və əsər ona olan inamımı doğrultdu. Əsəri oxuyarkən hər gün bir görkəmli şəxsiyyət haqqında oxuyacağıma söz versəm də bu sözümü üstündə dura bilmirdim. Hər gün 2 ya da 3 məşhur şəxs haqqında oxuyurdum.

9 Nisan 2016 Cumartesi
Böyük Ümidlər - Çarlz Dikkens
Pipin həyatından bəhs edən roman 19-cu əsrdə İngiltərədəki mədən kəndlərindəki yaşayışa ayna tutur.Yazıçı pul hərisliyi və ayrıseçkiliyə əsəri vasitəsilə elə bil ultimatum göndərir.
Əsərin qəhrəmanı Philip adında bir uşaqdır. Əsər davamlı olaraq Pipin həyatının bütün dövrlərinə işıq tutur.
Ən yaxın dostu bacısının əri kəndin dəmirçisi Joe Gargerydir.Pipin həyatı ana və atasının məzarını ziyarət etməsi ilə bir gecədə dəyişir.
1 Nisan 2016 Cuma
Autizm seçim deyil yaşamdır
Salam dostlar, bu gün sizə autizm xəstəliyindən yazmaq istəyirəm. Əslində nə Daun sindromu , nə də Autizm üçün xəstəlik deməyi düzgün saymıram bu necə deyərlər bir növ yaradılış, yaşamanın bir başqa formasıdır. Bilindiyi üzrə daun sindromu 1 xromosom artıqlığı, autizm isə genetik problemlər səbəbindən yaranır. Onlar belə doğulur ,sonradan qazanılmış xəstəlik kimi qəbul etmək doğru deyil. Doğru olan belə bir şeyin mövcudluğu ilə barışmaq və sevgi ilə yanaşmaqdır ki, və mən sevginin həll edə bilməyəcəyi bir şeyi tanımıram.
27 Mart 2016 Pazar
Siyah süt - Elif Şafak
Əziz dostlar bu gün sizə Elif Şafakın müəllifi olduğu Siyah süt əsərindən bəhs edəcəyəm.
Əsər Elif Safakın ailə, evlilik, uşaq sahib olmaqla bağlı düşüncələrindən eyni zamanda özünün hamiləlik və zahı( lohusa) dönəmindən bəhs edir.
Əsərdə istifadə olunan məzəli-kinayəli üslub isə əsəri əyləncəli edir. Özü-özünə verdiyi suallar oxuyucunu da düşünməyə vadar edir.Yazıçı əsərdə keçirdiyi "postnatal depressiya"dan söz açmışdır.

19 Mart 2016 Cumartesi
" An education " - " Eşq dərsi " filmi
Eşq dərsi filmi
Əziz dostlar, bu gün sizə çox, çox, çox sevdiyim bir filmdən bəhs edəcəyəm.Film hər bir gənc qızın mütləq izləməli olduğu bir filmdir. Filmin mövzusu ingilis jurnalist Lynn Barberin xatirələri əsasında yazılmış avtobioqrafik əsərdən götürülmüşdür.Filmin rejissoru Lone Scherfig, ssenaristi isə Nick Hornbydir.
Filmin baş rolunda Carey Mulligan
rol alıb .
12 Mart 2016 Cumartesi
İnsan olmaq çətindir
Yoxsa bütün bəşəriyyət iblisə mi uymuş!
Dünya liderlik sevdasına düşmüşlərin, sağlam rəqabəti öz oyunlarına çevirmişlərin, bir qarış torpaq uğrunda insanlara qıymağı qalibiyyət sananların, öz nəfsinin ,öz ehtirasının əsiri olmuşların ucbatından yaşanmaz haldadır. Nə zaman dərindən nəfəs almaq istəsək terror, təcavüz, şəhid xəbərləri istəyimizi ürəyimizdə qoydu. Artıq öyrəncəli olduq ürək ağrılarına, göz yaşlarına, ana fəryadlarına, matəm günlərinə. Mənə dünya xəritəsində ölüm mələyinin daimi məskən salmadığı, şəhid almadığı, günahsız canları aparmadığı torpağı göstərin ...
9 Mart 2016 Çarşamba
Vəba günlərində eşq
Vəba günlərində eşq
Əsərdə Florentino Ariza və Fermina Dazanın yarım əsrlik eşqindən söhbət açılır.
8 Mart 2016 Salı
Qadın olmaq -8 marta özəl yazım .
Qadın olmaq
Salam, dost! Qadın olmaq necədir? Bilinir mi dəyərin?
Varmıdır yerin atanın, qardaşının, ərinin, oğlunun gözündə?Yoxsa səndə atanın gözündə istənməyən övlad,qardaşının gözündə namusu qorunacaq artıqlıq, ərinin gözündə həmişə ona sadiq olmağa, qadınlıq etməyə hökmlü "arvad", oğlunun gözündə xoşbəxtliyi yalnız dörd divar arasında tapmalısan. Hansısan? ...
Desən ki, mən bu sıralananlardan hamısıyam və xoşbəxtəm o zaman sən sadəcə artıqlıq, "arvad",dörd divar arasında məhbusdan başqa bir şey deyilsən.
Yox desən ki, bu sadalananlardan hamısıyam və xoşbəxt deyiləm o zaman sən qadın olmağa ilk addımı atmısan deməkdir.

28 Şubat 2016 Pazar
Soğuk kahve -Ahmet Batman
Soğuk kahve
Salam,dostlar!İndi haqqında söz açacağım əsər haqqında yeqinki çoxdan eşitmisiz.Əsər Ahmet Batmanın ilk əsəridir və qadın kişi münasibətləri üzərində qurulub.Əsərdə hər dövr üçün qəliz olan qadın kişi münasibətləri məzəli,kinayəli bir dillə oxucuya təqdim edillir.Həm çox duyğulanacağınız həm də çox əylənəcəyiniz bir əsərdir.Sujet xətti olmadığı üçün bu dəfə sizi yalnız əsərdən bəyənib seçdiyim hissələrlə tanış edəcəm .
27 Şubat 2016 Cumartesi
"Qürur və qərəz " əsəri və filmi
Qürur və qərəz
Salam,dostlar!Yəqin ki, Qürur və qərəz əsəri haqqında eşitmisiniz.
Əsər İngiltərəli yazar Jane Austenin ikinci romanıdır.
Charles Bingleyin Netherfield Park malikanəsini kirayə götürməsi xəbəri Bennetlər ailəsinə həyəcanla qarşılanır.Bennetlərin beş subay qızı; Jane, Elizabeth,Mary, Kitty və Lydia vardır.Xanım Bennet qızlarının evdə qalmasından qorxur.Böyük qarşılaşma baş verir və cənab Bingley Janelə yaxın münasibətdə olur və Xanım Bennet bundan ümidlənir.
"Şəkər Portağalı" Jose Mauro de Vasconcelos
Şəkər portağalı
Salam ,dostlar!Bu gün sizə uşaq romanı olan Şəkər portağalından bəhs edəcəm.Əsər Jose Mauro de Vasconcelos tərəfindən 1968-ci ildə yazılıb.Eyni zamanda əsərdə yazıçının uşaqlığından da izlər yer alır.Yazıçı əsəri 12 gün içində yazdığını qeyd edir.
Əsər Braziliya ailəsində cərəyan edir.Yoxsul ailənin oğlu olan 5 yaşlı Zeze nadincliyi ilə bütün məhəlləyə qan uddurur. Hər kəs ona "şeytanın oğlu" deyir.
21 Şubat 2016 Pazar
Durma gülümsə.
Durma gülümsə.
Daha yolun başındasan.İncidiklərin, qəlbini qıranlar olacaq, həm də onlar ən yaxınların, qəlbi qırılacaq deyə dəli kimi qorxduqların, hər sözünü sırf o yaralanmasın deyə seçə-seçə işlədərək davrandıqların olacaq.
Bilmədən sırf onlar incinməsin deyə sən başqa birisi olacaqsan, danışığın, davranışın dəyişmiş, bilmədən yalançı, ikiüzlü, əsəbi olmuş olacaqsan.Və bir an gələcək keçməli olacaqsan ya onlardan, ya özündən.
20 Şubat 2016 Cumartesi
Xəyallarınız xülya olaraq qalmasin!
Xəyallarınız xülya olaraq qalmasın
Salam,dostlar!
Əminəm siz də bilirsiz bu dünyada xəyal qurmaqdan daha gözəl bir şey yoxdur.Əgər deyirsizsə "Axı nəyə lazımdır boş-boş xəyallara dalmaq? Onsuzda kimsə gəlib puç edəcək." Mən də deyirəm ki, niyə buna yol verirsiz ? Əgər deyirsizsə "Mən qərar verdim, artıq xəyal qurmayacam, buraxdım bu işləri." Mən də deyirəm ki, xəyal qurarkən qərar vermişdinmi ki, qurtarmağa da qərar verirsen? Bu iş beyin işi deyil ,dostum, bu iş qəlb işi. Yox əgər deyirsizsə " Bu iş "uşaq işi" , ya da "qız işi"."Mən də deyirəm ki, ey mənim inadım inad deyən dostum,bu xəyal qəlbə düşəcəksə nə yaş tanıyar, nə cinsiyyət.
Beş anonim milyonçu-Qaraqan.
Beş anonim milyonçu.
Salam, dostlar! Bu gün sizə çox sevdiyim və dara düşdüyüm zaman hər bir sətrini yadıma saldığım iki əsərdən biri olan Beş anonim milyonçu əsərindən yazacam. (Digər əsər P.S Mən səni sevirəm. )
Yəqin ki, Qaraqanı, yəni Elxan Zeynallını tanımayan yoxdur.Host qrupunun üzvü, reper, musiqiçi, jurnalist ve yazar olan Elxan Zeynallı 8 kitabın müəllifidir.Birinci addım Beş anonim milyonçu 2013-cü ilin noyabrında işıq üzü görüb.Bu əsər trilogiyanın 1-Ci hissəsidir .
19 Şubat 2016 Cuma
P.S Mən səni sevirəm 2
P.S Mən səni sevirəm .
Salam, dostlar ! Keçən yazımda qeyd etdiyim kimi bu dəfəki yazımda P.S Mən səni sevirəm filmi haqqında fikirlərimi və əsərdən bəyənib seçdiyim fikirləri yazacam.
Əsər əsasında 2007 ci ildə film çəkilib. Baş rollarda Holli rolunda aktrisa Hillary Swonk və Cerri rolunda isə Cerard Batler çəkilmişdir.
P.S Mən səni sevirem 1.
P.S Mən səni sevirəm.
Əsərin müəllifi Sesilia Ahern İrlandiyalı baş nazir Berti Ahernin qızıdır.Sesilia Ahern 2004-cü ildən yazıçılıq fəaliyətinə başlayıb . Bu əsəri 2002-ci ildə yazıb. Kitab tezliklə bestsellerə çevrilir və eyni zamanda bir çox dünya dillərinə tərcümə olunur.
Əsər hər nə qədər məhəbbət mövzusunda yazılsa da tipik eşq hekayələrindən seçilir.Əsərdə həyata dair verilən mesajlar insanları yenidən həyat haqqında düşünməyə vadar edir.
Kaydol:
Yorumlar (Atom)